ABŞ prezidenti Donald Tramp İranla imzalanan nüvə müqaviləsini 12 oktyabr tarixində ləğv etməyə hazırlaşır.
Bu barədə nüfuzlu “Washington Post” qəzeti məqalə dərc edib. Bildirilib ki, vəzifəyə başladığı gündən İranla imzalanan nüvə müqaviləsini tənqid edən Tramp yeni həmləyə hazırlaşır. Donald Tramp Barak Obama tərəfindən imzalanan nüvə müqaviləsini ləğv etməyə hazırlaşır. Xəbərə əsasən, Tramp 12 oktyabr tarixində Orta Şərq haqqında çıxış edəcək və İrana aid planını elan edəcək.
Ağ Evin mətbuat katibi Sara Sanders isə qəzetin xəbərinə aid dəqiq ifadələrlə açıqlama verməyib: “Prezident bu məsələ ilə bağlı qərarını verib və vaxtı çatanda açıqlayacaq. Prezidentin gündəliyində İralna bağlı geniş miqyaslı strategiya hazırlamaq var. Bu mövzuda birlikdə işlədikləri yaxşı bir komanda var”.
Qeyd edək ki, Amerika ilə Rusiyanın münasibətlərinin kəskinləşməsindən sonra İranla müqavilə bağlanılıb. Bu zaman Rusiyanı çökdürmək üçün bütün dövlətlərə imkan verildi ki, neft və qazdan rahat şəkildə istifadə etsinlər. Ona görə də, bu müqavilə ilə İran təbii sərvətlərini dünya bazarına çıxara bildi. Bununla İran üçün böyük imkanlar yaradıldı.
Lakin indi ABŞ siyasətçiləri təşvişə düşüblər. Amerikalı mütəxəssislər İranın əldə etdiyi imkanlardan sui-istifadə etməsindən ehtiyatlanır. Azərbaycanlı politoloqlar isə düşünürlər ki, bu səbəbdən də, Tramp Obamanın İranla bağlı siyasətini böyük səhv adlandırıb. Politoloq İlqar Altay “Ölkə.Az”a açıqlamasında bildirib ki, ABŞ İrana qarşı sanksiyaları daha da gücləndirməklə, onu zəiflətməyə çalışacaq. Siyasətçinin fikrincə, Tramp hökuməti İranla bağlı çox ciddi addımlar atacaq.
“İran dini liderləri həm öz əhalisinə, həm də qonşu dövlətlərə böyük ziyan vurur. Onlar istəsələr də, bəşəriyyətə tərəf yaxşı mövqe tuta bilməzlər. Onların proqramları kökündən buna imkan vermir. İranda bu qədər prezident dəyişir, lakin heç biri oranın abu-havasını dəyişə bilmir. Çünki orada əsas rolu dini liderlər oynayırlar. Dövlət quruluşuna görə prezidentlər ikinci dərəcəli adamlardır. Dini liderlər isə orta əsrlərin dövründə qalıblar. Müharibəyə gəlincə, düşünürəm ki, Amerika İrana həmlə etməyəcək. Sadəcə İranı yenidən embarqoya sala bilər. İmkanlarını məhdudlaşdıra bilərlər. Əgər onlar terroru dəstəkləsələr, yenidən İrana qarşı sanksiyalar tətbiq edilə bilər”, - deyə İ.Altay bildirib.