Sən demə, Rusiya bu yolla uşaqları... - "Maşa və Ayı" ilə bağlı SENSASİYALI İDDİA

Sən demə, Rusiya bu yolla uşaqları... - Britaniya KİV-i ölkəmizdə də kifayət qədər populyarlıq qazanan Rusiya istehsalı olan "Maşa və Ayı" cizgi filmi haqqında şok iddia irəli sürüblər.

İddiaya görə, "Maşa və Ayı" multserialı Kremlin təbliğatıdır. Bu barədə "The Times" yazıb.

Qeyd olunur ki, bu filmin "Yutub"dakı ingilisdilli kanalının 4 milyon izləyicisi var. Cizgi filminə müxtəlif dillərdə 40 milyard dəfə baxılıb.

Nəşr qeyd edir ki, təbliğatçı rus kanalları böyüklərə necə təsir edirsə, burada da şıltaq qızcığaz və xeyirxah ayının macəraları uşaqları o dərəcədə təsir altına salır.

O da qeyd olunur ki, ayının xoş və xeyirxah obraz kimi verilməsi Rusiyaya olan mənfi fikirləri dəyişmək üçün nəzərdə tutulub.

Oxşar xəbərlər