2018-ci il iyulun 1-nə "AGBank”ın cəmi aktivləri 487,791 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,96% azdır.
APA xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 263,612 mln. manat təşkil edib ki, bu da 7,34% azalma deməkdir.
Depozit portfeli hesabat dövründə 1,76% azalaraq 164,807 mln. manata enib. Əhalinin əmanətlərinin həcmi isə 164,807 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,84% artım deməkdir. Bankın öhdəlikləri isə 1,27% azalaraq 444,595 mln. manat olub.
Hesabat dövründə "AGBank”ın nizamnamə kapitalı 1,17% artaraq 103,400 mln. manat, məcmu kapitalı isə 16,58% azalaraq 41,952 mln. manata enib. Bununla da "AGBank" məcmu kapital üzrə tələbi yerinə yetirə bilməyib.
Yanvar-iyun aylarında bankın gəlirləri 23,775 mln. manat, xərcləri isə 26,829 mln. manat təşkil edib.
Qeyd edək ki, "AGBank” cari ilin II rübünü 5 mln. 139 min manat zərərlə başa vurub.