"Qala Həyat” sığorta şirkətinin yığımları ötən il kəskin azalıb.
AZXEBER.COM xəbər verir ki, həyat sığorta şirkətinin ötən il üzrə ümumi yığımlarının həcmi 19,984 milyon manat olub ki, bu da 2016-cı illə müqayisədə 37,3% azalma deməkdir. Başqa sözlə, şirkət bazar payının bir hissəsini itirib.
Halbuki şirkət 2016-cı ildə 31,737 milyon manat sığorta haqqı toplaya bilmişdi. Şirkətin yığımları ilə yanaşı, ödənişləri də aşağı düşüb. "Qala Həyat”ın sığorta ödənişləri bir ildə 19,9% azalaraq 17,583 milyon manat olub. 2016-cı ildə isə şirkətin ödəniş xərcləri 21,959 milyon manat təşkil etmişdi.