Azərbaycanlılar qazandıqlarının 7%-ni “qara gün” üçün saxlayırlar
Azərbaycanda bu ilin birinci rübündə ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9% artıb.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, əhalinin gəlirləri 10 mlrd. 303,5 mln. manata çatıb.
Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1 073,5 manat və ya ayda 357,8 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 81%-i son istehlak xərclərinə, 9,7%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,3%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7%-i isə yığıma yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlər 9 304,1 mln. manat olub.