2018-ci ilin ikinci rübündə "Amrahbank" öz aktivlərini 22% artırıb, belə ki, keçən rüb 198 mln 326 min manat olan göstərici bu rüb 240 mln 994 min manatdır. Öhdəlikləri isə 161 mln manatdan, 189 mln manata yüksələrək 18% artıb.
AZXEBER.COM bankın hesabatına istinadən xəbər verir ki, kredit portfelinə gəldikdə keçən rüb 89 mln 550 min manat olan portfel bu il 18% artım əldə edərək 105 mln 996 min manat olub. Depozit portfeli isə 142 mln 223 min manatdan 133 mln 925 min manata düşüb, yəni 6% azalıb. Balans kapitalı 37 mln manatdan 51 mln 530 min manata yüksələrək 27% artsa da, məcmu kapital 36 mln 456 min manatdan 27 mln 816 min manata düşərək 24% azalıb.
Xalis mənfəətinə nəzər salsaq, 2018-ci ilin ilk rübü 5 mln 384 min manat zərərdə olan bank, ikinci rüb zərərini 50% artırıb, 8 milyon 81 min manat zərərdədir.