Qabil Hüseynli: “Hərçilərimizin Türkiyə ilə birlikdə hərbi təlimlərdə iştirakı olduqca vacibdir”
Türkiyənin 7-11 may tarixlərində Egey dənizində keçirəcəyi hərbi təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edəcək.
Rusiyanın son vaxtlar Xəzərdəki hərbi aktivliyini artırması, hərbi donanmasını Azərbaycana daha yaxın olan Kaspiysk şəhərinə gətirməsi fonunda hərbçilərimizin dəniz döyüşlərində təcrübə və bacarıqlarını artırması nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Azərbaycan hərbçilərinin bu kimi təlimlərdə iştirakının vacib olduğunu qeyd edib:
“Azərbaycan dəniz dövlətidir. Sərhədlərinin bir hissəsi də dənizə düşür. Azərbaycanın həm mülki məqsədlərlə, həm də hərbi məqsədlərl istifadə ediləcək dəniz donanmasına ehtiyac var. Azərbyacanın hərbi dəniz donanması müəyyən atəş gücünə, texniki vasitələrə malik bir donanmadır. Regionda İrandan da öndə olan hərbi dəniz qüvvələrinə maliyik. Bizdə sahil mühafizə qüvvələri ilə yanaşı, iri hərbi əməliyyatlarda iştirak edə biləcək böyük hərbi gəmilər mövcuddur. Bu baxımdan hərçilərimizin Türkiyə ilə birlikdə hərbi təlimlərdə iştirakı olduqca vacibdir. Türkiyə qardaş ölkədir və yeri gəlsə Azərbaycan hərbi dəniz donanması ilə birlikdə hərbi əməliyyatlarda da iştirak edə bilər. Ümid edirəm ki, qarşıdakı illərdə hərbi dəniz donanmamız daha da inkişaf edəcək və möhkəmlənəcəkdir”.