Ötən gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının bazasının Həştərxandan Dağıstana, Kaspisysk şəhərinə köçürüləcəyini rəsmən elan edib.
Virtualaz.org- xəbər verir ki, nazir hazırda Kaspiyskdə sahil infrastrukturunun və hərbçilər üçün mənzillərin inşa edildiyini bildirib.
“Xəzər donanmasının Kaspiyskə köçürülməsi barədə qərar qəbul edilib. Orada hazırda nəhəng tikinti gedir, liman, xidmət məntəqələri, mənzillər və s. tikilir. Donanmada zabitlərimizin və hərbi qulluqçularımızın sayı dəfələrlə artırılacaq”-Şoyqu Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə zamanı deyib.
Rusiyanın Xəzər donanmasını Mahaçqala yaxınlığındakı Kaspiysk şəhərinə köçürəcəyi barədə məlumatlar əvvəldən var idi. Bu qərar ötən ilin avqustunda Müdafiə Nazirliyinin kollegiyasında qəbul edilib. Bundan bir ay sonra müdafiə nazirinin müavini Ruslan Tsalikov Kaspisykə gedərək yeni bazanın tikilməsi üçün nəzərdə tutulan əraziyə baxış keçirmişdi.
Müdafiə Nazirliyinin planına görə bazanın tikintisinin birinci mərhələsi gələn il yekunlaşacaq. Yaxın iki ildə Kaspiysk sahillərində dənizin dibinin dərinləşdirilməsi, gəmilərin lövbər salması üçün qurğular və digər yerüstü infrastruktur tikiləcək. 2020-ci ildə isə Kaspiyskdə hərbi hospital, hərbçilər üçün kazarma, zabitlər üçün mənzillər hazır olacaq. Hərbi baza hər cür mümkün təbii fəlakətlərdən və düşmən hücumundan müdafiə olunacaq.
Kaspiyskdə bundan əvvəl də Rusiyanın Xəzər donamasının qüvvələrinin bir hissəsi dislokasiya olunub. Burada donanmanın beş hərbi bölməsi-106-cı sahil mühafizə briqası, 250-ci qvardiya gəmi diviziyonu, 242-ci gəmi desant diviziyonu, 410-cu əlahiddə dəniz piyada batalyonu, əlahiddə radiotexniki mərkəz yerləşir. Mahaçqalada isə sualtı diversiya dəstələrinə qarşı mübarizə üzrə 137-ci xüsusi təyinatlı dəstə dislokasiya olunub.
Rusiya onsuz da son illərdə Xəzər donanmasını durmadan gücləndirirdi. Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilən ən yeni raket gəmiləri ilk növbədə Xəzər donanmasına verilirdi. 2015-ci ildə Suriya hərbi kampaniyasına başlayandan sonra isə Rusiya Xəzəri hərbi əməliyyatlar zonasına çevirdi, buradan Rusiya gəmiləri Suriyadakı hədəflərə silahlanmaya yeni qəbul edilən “Kalibr” qanadlı raketləri ilə bir neçə dəfə zərbələr endirdi. Bu, nümayişkarənə addım idi və Suriyadakı hədəfləri vurmaqdan daha çox Xəzərin hərbi baxımdan kimin nəzarətində olduğuna diqqəti cəlb etməyə yönəlmişdi.
Qeyd edək ki, sovet dövründə Xəzər donanmasının bazası Bakıda yerləşirdi. 1992-ci ildə bazanın qərargahı və qüvvələrinin əsas hissəsi Həştərxana daşındı.
“Arsenal oteçestva” jurnalının kommersiya direktoru Aleksey Leonkov “RT” telekanalına müsahibəsində deyir ki, Xəzər donanmasının bölmələrinin Həştərxan vilayətindən Kaspiyskə daşınması Həbi Dəniz Qüvvələrinin bu operativ birləşməsinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Buradan Rusiya bütün Cənubi Qafqaz regionu və geniş Yaxın Şərq regionu üzərində raket çətiri yarada bilər.
“Yeni bazaya köçəndən sonra Xəzər donanmasının qüvvələri döyüş növbətçiliyi rayonuna daha operativ şəkildə hərəkət edə biləcək. “Kalibr” raketlərinin sayəsində Xəzər donanmasının zərbə zonası olduqca böyükdür. Rusiya bu baza hesabına özünün Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdəki müttəfiqlərini etibarlı şəkildə qoruya bilər”-ekspert deyib.
Ehtiyatda olan general, Rusiya silahlı qüvvələrinin ehtiyatda olan zabitlər Milli assosiasiyasının direktoru Vladimir Boqatıryev isə “Sputnik”ə açıqlamasında deyib ki, bazanın yerinin dəyişməsi silahlı qüvvələrin inkişafı planının bir hissəsidir.
“Xəzər donanması müəyyən vaxtdan etibarən bu regionda operativ hərbi-dəniz birləşməsi kimi çox mühüm rol oynamağa başlayıb. Bundan əlavə Xəzər hövzəsi “Kalibr” raketlərinin imkanları sayəsində Yaxın Şərq, Qara dəniz, Orta Asiya və digər istiqamətlərdə strateji rol oynaya bilər”-Boqatıryev deyib.
Rusiyanın Qara dəniz donanmasının keçmiş komandanı, admiral Vladimir Komodoyev isə deyib ki, bazanın yerinin dəyişməsi “dövlətdaxili manevrdir”.
“Bizim orada düşmənlərimiz yoxdur. Bütün xəzəryanı dövlətlərlə dost münasibətlərimiz var. Ola bilsin bu dövlətdaxili manevrdir və Dağıstan daxilində vəziyyətin uzunmüddətli stabilizasiyasına yönəlib”-admiral deyib.
Rusiya Hərbi Dəniz Donanmasının keçmiş qərargah rəisi, admiral Viktor Kravçenko isə deyir ki, donanmanın Kaspiyskə yerdəyişməsi onun operativ imkanlarını genişləndirəcək. “Bizim Xəzərdə güclü yumruğumuz olacaq. Bütün qüvvələr bir yerdə cəmləşəcək və donanma hava şəraitindən asılı olmayacaq”-o deyib.