Bu gün Dənizkənarı Milli Parkda "Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən "Dəniz kuboku-2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.
Açılış mərasimində şəhər sakinləri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, yarışların simvolu olan qayıq mərkəzə gətirilib.
Sonra bayraqdarlar meydana daxil olub. "Azərbaycan fanfarası” ilə tədbirin başlandığı elan edilib.
Yarışların hakimlər briqadası və komandalar mərasimə dəvət olunub.
Azərbaycan Respublikasının dövlət himni ifa edilib, dövlət bayrağımız qaldırılıb.
Sonra Beynəlxalq Ordu Oyunlarının və "Dəniz Kuboku–2017” yarışlarının bayraqları qaldırılıb.
Mərasimdə çıxış edən "Dəniz Kuboku–2017” beynəlxalq yarışları təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov bildirib ki, bu gün Bakıda III Beynəlxalq Ordu Oyunları çərçivəsində "Dəniz Kuboku-2017” beynəlxalq yarışlarına start verilir. Artıq bir neçə gündür ki, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər Flotiliyasının, İran İslam Respublikasının və Qazaxıstan Respublikasının gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku-2017” beynəlxalq yarışlarında iştirak etmək üçün ölkəmizə gəlib.
Qeyd edilib ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub. Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan "Xəzər-2015” müsabiqəsinin nəticələrinə görə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası 3-cü, "Xəzər-2016” müsabiqəsində isə 2-ci yerə layiq görülüb və "Admiral-480” motorlu qayığı ilə mükafatlandırılıb. İki gün öncə isə III Beynəlxalq Ordu Oyunlarına Moskvanın Alabino poliqonunda start verilib. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri yarışların beş növündə güclərini sınayacaqlar. III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən "Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında iştirakçılar üç mərhələ və altı epizodda yarışacaqlar.
Diqqətə çatdırılıb ki, Beynəlxalq Ordu Oyunlarının digər yarışları kimi "Dəniz Kuboku-2017” də iştirakçı ölkələrin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin inkişafına, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmət edəcək.
Sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Dəniz Kuboku-2017” yarışlarının iştirakçılarına təbrik məktubunu oxuyub.
Məktubda bildirilir ki, bu gün Azərbaycan yeni bir yarışa - möhtəşəm idman birinciliklərindən seçilməyən Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan "Dəniz Kuboku-2017” beynəlxalq yarışlarına ev sahibliyi edir. Bu yarışların Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi möhtəşəm yarışların, dünya hərbçilərinin güləş, boks, futbol üzrə çempionatlarının ölkəmizdə keçirilməsi bunu bir daha təsdiqləyir və bu missiya bu gün də uğurla davam etdirilir. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzunun, siyasi, iqtisadi, mədəni, idman, eləcə də ordu quruculuğu sahəsində qazandığı müvəffəqiyyətlərin nəticəsində mümkün olub.
Vurğulanır ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın daha da möhkəmlənməsi, hərbi xidmətin nüfuzunun artırılması, döyüş imkanlarının nümayişi, şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədinə xidmət edir. "Dəniz Kuboku-2017” hərbi qulluqçularda həmrəylik hissi oyatmaqla bərabər, həm də bütün iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq.
Qeyd edilir ki, Xəzər dənizi tarixən sahillərində yaşayan xalqların ümumi sərvəti olub. "Dəniz Kuboku-2017” beynəlxalq yarışları da ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da güclənməsinə, Xəzər dənizinin sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmasına öz töhfəsini verəcək.
Daha sonra nazir "Dəniz Kuboku-2017” beynəlxalq yarışlarını açıq elan edib.
Qeyd edək ki, yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.