İran prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

İran prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başa çatıb.
"Ölkə.Az"ın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Oxşar xəbərlər