İlham Əliyev İrandadır – YENİLƏNİB

İlham Əliyev İrandadır – YENİLƏNİB Səfər başladı

İranın paytaxtında Sədabad sarayında bu ölkədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qəbulu olub.

Rəsmi qarşılanma zamanı Azərbaycan və İranın dövlət himnləri səslənib.

Hər iki ölkənin liderlərini fəxri qarovul salamlayıb və sonra yüksəkvəzifəli heyət bir-birinə təqdim olunub.

Səfər zamanı hər iki ölkənin yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlər keçirəcəyi və prezidentlərin iştirakı ilə sazişlərin imzalanacağı gözlənilir.

İran İslam Respublikası və Azərbaycan prezidentləri iki dövlət arasında regional və beynəlxalq sahələrdə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə dair danışıqlara başlayıblar, - İran KİV yazır.

11:50

Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.

İran prezidenti Həsən Ruhaninin rəsmi dəvəti ilə Tehrana gələn Azərbaycanın dövlət başçısını Tehran hava limanında bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.

Yaxın saatlarda Azərbaycan Prezidentinin Sədabad sarayında İranın dövlət başçısı ilə rəsmi görüşü baş tutacaq.

Oxşar xəbərlər