Ramzan Kadırov İlham Əliyevi təbrik edib

Ramzan Kadırov İlham Əliyevi təbrik edib Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Çeçenistan lideri özünün "Mylistory" akkauntunda yazıb: “Əziz böyük qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi səmimi qəlbdən təbrik edirəm.

Bizim xalqlarımız və respublikalarımız arasında sıx qardaşlıq və dostluq bağları var! Bunların əsasını bizim atalarımız – Heydər Əliyev və Əhməd-Hacı Kadırov qoyub.
Azərbaycan və Çeçenistan arasında geniş işgüzar, mədəni, dini bağların mövcudluğu mənə çox xoşdur. Azərbaycan və bizim Vətənimiz – Rusiyanın mehriban qonşu və qardaş dövlətlər münasibətində olması da çox vacibdir. Belə bir siyasətin vacibliyini Sovet İttifaqının və Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev çox gözəl anlayırdı”.

Çeçenistan lideri İlham Əliyevə cansağlığı, uğurlar və firavanlıq, eləcə də Azərbaycan xalqına sülh və tərəqqi arzulayıb.

Oxşar xəbərlər