“Tərəflər iqtisadiyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər”
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Qroznıda Çeçenistanın Respublikasının rəhbəri Ramzan Kadırovla görüşüb.
Ramiz Mehdiyev görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Çeçenistan rəhbərinə çatdırıb. Azərbaycan və Çeçenistan xalqlarının həmişə bir-birilərinə dost olduqlarını qeyd edib.
O, həmçinin münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Ramzan Kadırov öz növbəsində qeyd edib ki, dünyada hazırkı vəziyyətdə əsas məsələ bütün ölkələrin öz səylərini terrorçuluğa qarşı birləşdirməsi, eyni zamanda ikili standartlar siyasətinin bir kənara atılmasıdır. Bəşəriyyətə qarşı cinayətlər işıqlandırılmalı və eyni dərəcədə mühakimə olunmalıdır.
Bundan başqa, tərəflər iqtisadiyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.