Prezident və ailəsi Fəxri Xiyabanda

Prezident və ailəsi Fəxri Xiyabanda Dövlət başçısı Heydər Əliyevi anıb

Bu gün ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-ci ildönümü günüdür. Doğum günündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər.

Anım mərasimində nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edibdilər.

Oxşar xəbərlər