"Atəşkəsi ləğv edirik" — Suriya müxalifətindən BƏYANAT

Suriya müxalifəti Astana danışıqlarına hazırlığı dondurmaq niyyətindədir.

Bu barədə Azad Suriya Ordusu yaydığı bəyanatda belə deyilir.

Azad Suriya Ordusu daxil olmaqla 12 təşkilat tərəfindən yayılan bəyanatda rəsmi Dəməşqdən atəşkəs rejiminə əməl etmək tələb edilib.

Bəyanatda qeyd olunur ki, Suriya ordusu ilə İranın dəstəklədiyi qruplaşmalar mütamadi atəşkəsi pozaraq əməliyyatları davam etdirir.

Onlar belə davam edəcəyi təqdirdə atəşkəs rejimindən çıxaracaqlarını və əməliyyatları davam etdirəcəklərini deyiblər.

Oxşar xəbərlər