Parisdə terakt: İŞİD məsuliyyəti üzərinə götürdü - Video

Parisdə terakt: İŞİD məsuliyyəti üzərinə götürdü - Video Fransanın paytaxtı Parisdə baş verən silahlı atışma zamanı 1 polis ölüb, 1-i isə yaralanıb.

Şanzeliza küçəsində baş verən olayda "Kalaşnikov" silahından istifadə edilib.

Hadisəni törədən şəxsin polis tərəfindən öldürüldüyü bildirilib.

***

“Le Fogaro”nun məlumatına görə, cinayətkarlar iki nəfər olub, onlardan biri aradan çıxmağı bacarıb.

Hüquq mühafizə orqanları olayın terakt olduğunu istisna etməyiblər. Ancaq qarət məqsədilə hücum edildiyi ehtimalı da var.

RİA-nın əməkdaşı hadisə yerində helikopterlərin müşahidə apardığını xəbər verib. Hazırda xüsusi əməliyyat keçirilir.

Paris polisi öz Tvitter səhifəsində insident baş verən ərazidən əhalini uzaq durmağa çağırıb.

***

Parisdə qanlı olayı törədən cinayətkarın hüquq-mühafizə orqanları tərəfindən tanındığı bildirilib.

Onun milli təhlükəsizliyə təhdid törədən xüsusi cinayətkarların siyahısında olduğu vurğulanıb.

O, bir müddət əvvəl qatarla Belçikadan Fransaya gəlib.

***

***

Fransa Prezidenti Fransua Olland silahlı hücumu terakt adlandırıb.

***

İŞİD Parisdə baş verən teraktın məsuliyyətini öz üzərinə götürüb.



Oxşar xəbərlər