İspaniyanın Barselona şəhərində dünən törədilən teraktdan sonra Kambrils bölgəsində 2-ci terror cəhdinin qarşısı alınıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, polis 5 şübhəlini atışma zamanı öldürüb. Çıxan qarşıdurmada 6 mülki vətəndaş və bir polis yaralanıb.
Qeyd edək ki, dünən axşam saatlarında Barselonada avtobus izdihamın üzərinə sürülüb və hadisə nəticəsində 13 nəfər dünyasını dəyişib, 100 nəfər isə yaralanıb.
Barselonanın 200 km cənubunda yerləşən Alkanar bölgəsində bir evdə baş verən partlayışda 1 nəfər dünyasını dəyişib. Polis hadisənin Barselonada törədilən teraktla əlaqədar olduğunu bildirir.
Katalan şəhərində törədilən cinayətlə əlaqədar 2 nəfər həbs edilib. Teraktı İŞİD terror qrupu öz üzərinə götürüb.