Londonda 19 yaşlı şəxs insanlara hücum etdi: Ölən var

Londonda 19 yaşlı şəxs insanlara hücum etdi: Ölən var Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Böyük Britaniyanın paytaxtı Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.

BBC xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

İnsident yerli vaxtla saat 22:30-da qeydə alınıb. Məlumata əsasən, 1 qadın hadisə yerində dünyasını dəyişib, 5 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Cinayətkar polis tərəfindən yaxalanıb. London polis idarəsindən verilən məlumata görə, həbs olunan şəxs psixi xəstə olub.

“19 yaşlı şəxs həbs olunub, hazırda o xüsusi xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, onun psixoloji durumu baş vermiş insidentə səbəb olub”.

Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil. Polis insidentin terror aktı olduğunu istisna etmir.

Oxşar xəbərlər