"Qəbələ" Afinadan məğlub qayıdır

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start veririlib. Turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” növbəti sınağına səfərdə çıxıb.

Premyer Liqanın vitse-çempionu Yunanıstan “Panatinaikos”u ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. 37-ci dəqiqədə penaılti qazanan Yunanıstan təmsilçisindən Gilyerme Molinsin zərbəsi dəqiq olub və “Panatinaikos” qələbə qazanıb.

Qeyd edək ki, iki il əvvəl də bu arenada uğur qazanan “Qəbələ” çılğınlığı ilə ad çıxaran “Panatinaikos” fanatları önündə səfər qolları ilə mərhələ keçmişdi. Bakıda qolsuz sülhlə kifayətlənən təmsilçimiz Ellada təmsilçisinin meydanında Dodonun qolları ilə uğur qazanmışdı - 2:2.

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

27 iyul

Panatinaikos (Yunanıstan) - Qəbələ (Azərbaycan) 1:0

Qol: Gilyerme Molins, 37-pen.

Panatinaikos: 99. Odisseas Vlaxodimos, 7. Omri Altman, 8. Gilyerme Molins, 10. Zeka (k), 17. Robin Lod, 21. Dmitres Korbelis, 23. Niklas Hult, 26. Dmitrios Kolovetsios, 31. Rodriqo Moledo, 39. Anastasios Çatziqiovanis, 78. Usman Kulibali.

Ehtiyat oyunçular: 27. Konstantinos Kotsaris, 5. Nuno Reis, 6. Kristos Donis, 11. Brayan Kabezas, 18. Lusiano, 41. Stefanos Evangelo, 49. Sotiris Pispas.

Baş məşqçi: Marinos Ozounidis.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 9. Baqali Dabo, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz.

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Əliyev, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 45. Famussa Kone.

Baş məşqçi: Roman Qriqorçuk.

Hakimlər: Xuan Martinez Munuera, Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font, Mario Melero Lopez (İspaniya).

Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya).

UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya).

Afina. “Apostolos Nikolaidis” stadionu.

Oxşar xəbərlər