Laçın Qurbanov bütün etimadları doğruldub

Laçın Qurbanov bütün etimadları doğruldub Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.

Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbərdir. Bu şəxs kimidir? Bu şəxs Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Laçın Qurbanov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Laçın Qurbanov Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin müdirlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

-Laçın Qurbanov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

-Laçın Qurbanov yüksək insanlığı ilə seçilən bir insan və Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin müdiridir! Laçın Qurbanov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

***
Ölkədə vahid sığorta-pensiya sisteminin qurulması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 22 dekabr 2006-cı il tarixli 498 və 499 nömrəli fərmanlara əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin Dövlət Sosial Müdafiə Fondu vasitəsilə məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına və əmək pensiyaları ilə təminatına keçilmişdir. Bu əsasda Fondun Əsasnaməsinə bir sıra dəyişikliklər edilmiş, o cümlədən dövlətin əmək pensiyaları sahəsində siyasətinin istiqamətlərinə dair təkliflər hazırlanması və bu siyasətin həyata keçirilməsi əsas vəzifələrə aid edilmişdir.

Sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırıldı

Qazax təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsi, sosial sığorta sistemində fərdi uçotun əhatə dairəsinin genişləndirilməsi və əhalinin pensiya təminatında vahid sistemin yaradılması sahəsində müəyyənləşdirilən tədbirlər uğurla yekunlaşdırılmışdır. DSMF-nin Qazax rayon Şöbəsinə toplanan daxilolmaların ümumi məbləğində özəl sektor və qeyri-büdcə təşkilatlarından alınan vəsaitin xüsusi çəkisi artmışdır.

Oxşar xəbərlər