Ramin Salmanovun "Staj" alveri

Ramin Salmanovun Mərkəzin direktoru Ramin Salmanovun özünü sığortalamaq üçün “xidmətlərindən” yararlandığı bu şəxsin adı redaksiyamıza təqdim edilib.
qanuninfo.az xəbər verirki, artıq bir neçə müddətdir ki, daxil olan məlumatlarda Neftçala rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yarıtmaz fəaliyyəti, mərkəzin direktoru Ramin Salmanovun öz işində yol verdiyi ciddi qanun pozuntuları barədə açıqlamalar öz əksini tapmaqdadır. Məlumatı təqdim edən mənbələr bildirirlər ki, Ramin Salmanovun öz işində yol verdiyi ciddi qanun pozuntuları vətəndaşların kütləvi şəkildə hüquqlarının pozulmasına yol açır. Açıqlamalarda vurğulanır ki, sosial yardım kartlarının ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Ramin Salmanov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Neftçala rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müdiri aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir və ümumiyyətlə rayonun sosial müdafiə sahəsində baş verən bütün neqativ hallara görə birbaşaməsuliyyət daşıyır. Belə ki, Ramin Salmanovun göstərişi və təpkisi ilə Neftçala rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun digər əməkdaşları da qanunsuz əməllərə sövq edilirlər.
Ramin Salmanovun rəhbərlik etdiyi bu mərkəzdə korrupsiya halları artıq kütləvi xarakter almışdır. Mərkəz rəhbərinin ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girərək, dövlətin verdiyi yardımı onlarla yarı bölməsi adi hala çevrilmişdir. Belə hallarda yardımdan yararlananlar isə, əslində buna ehtiyacı olmayan vətəndaşlar olur. Bu sahədə ədalət prinsiplərinin pozulması səbəbindəndir ki, Neftçala rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun özünün, xüsusilə də ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.


Oxşar xəbərlər