Suriya-Türkiyə sərhədində, Afrin ərazisində 17 türk əsgəri şəhid olub
Bu barədə informasiyanı PKK-ya bağlı YPG-yə istinadla Rusiyanın “RİA Novosti” agentliyi yayıb. Terror təşkilatı həmçinin 3 türk əsgərinin yaralandığını da bildirib.
İddialarda Türkiyəyə məxsus zirehli texnikanın da sıradan çıxarıldığı bildirilir.
Bu açıqlamaların heç biri rəsmi təsdiqini tapmayıb. Əksinə, Türkiyə Silahlı Qüvvələri Axçaqala və Suruç arasındakı bölgəyə Suriyanın YPG-nin nəzarətində olan ərazisindən mərmi atıldığını, buna qarşılıq olaraq açılan atəş nəticəsində YPG-nin 3 terrorçusunun məhv edildiyini açıqlayıb.
Bildirilir ki, Suriyanın Tel Abyad və Kobani arasında yerləşən YPG-nin ötən gün yerli vaxtla 16:30-dan başladığı və saatlarla davam edən atışma bu gün səhər Afrindən Hataya açılan atəşlə yenidən təkrarlanıb.
Axçaqala kaymakamlığı əhalinin zərər görməməsi üçün çağırış edib və sakinlərə sərhəd istiqamətində görünməməyi tapşırıb.(Axar.az)