Azərbaycanda bəzi qüvvələr din pərdəsi altında gərginlik, ajiotaj yaratmağa, İranpərəstlər əhalini qıcıqlandırmağa çalışır. Həmin qruplar İran agentura şəbəkəsinə daxildir və qarışqadan fil düzəltmək qabiliyyətinə malikdirlər
Onlar ən xırda oalydan böyük qalmaqal və etiraz mitinqi tamaşası yarada bilirlər. Aprelin 12-də “Sovetski”də söküntü işləri zamanı baş verənlər də bunun davamı idi.
Ulus.Az-ın məlumatına görə, səhər saatlarından başlayaraq Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidi sökülməyə başlayıb.
Lakin söküntü birmənalı qarşılanmayıb. Küçə sakinləri və inanclı insanlar məscidin sökülməsinə qarşı çıxıb. Bu səbəblə əraziyə polis əməkdaşları cəlb olunub.
Şahidlərin bildirdiklərinə görə, polis tərəfindən saxlanılanlar var.
Daha sonra ibadət əhlinin bir hissəsi məscidin qarşısında toplaşaraq, günorta namazı qılıblar. Hadisə yerinə gələn Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov da olub.
Onun tapşırığı ilə polis alayı məscidin qarşısından kənarlaşıb. Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Ulus.Az-ın məlumatına görə, hökumət rəsmiləri bu hadisəyə münasibət bildiriblər.
“Bu, Mədəniyyət və Turizm Nazirliyi və hüquq-mühafizə orqanlarının işidir. Qərara görə bu iş görülməlidir”.
Bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli "Sovetski” ərazisində Hacı Cavad məscidinin sökülməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Bakının gözəlləşməsi, inkişafı naminə görülən bu cür işlər normal qarşılanmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da "Sovetski”də 2 məscidlə bağlı məsələyə aydınlıq gətirib.
M. Qurbanlı bildirib ki, həmin məscidlər heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır.
Həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, beləliklə sakinlərlə məsələnin razılaşdırıldığını deyən komitə sədri bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var:
“O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Normal namazlarda isə 3-5 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır.
Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi. Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər.
Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir”.
Ulus.Az-ın verdiyi xəbərə görə, Bakıda 134 məscid var, Azərbaycan prezidenti İlham Əliyevin dinə verdiyi ən böyük dəyər nəticəsində bütün ölkə üzrə məscidlərin tikintisi, bərpası həyata keçirilir.
M. Qurbanlı qeyd edib ki, bizdə Heydər məscidi və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir: “Suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi artıq sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.