Bu gün Məhərrəm ayının 10-cu günü – Aşura günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılər Şurasının məhərrəm ayının başlanması ilə bağlı fətvasında Aşura gününün Miladi təqvimlə 2016-cı il oktyabrın 12-nə təsadüf etdiyi bildirilir.
Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseynin və silahdaşlarının Kərbəlada şəhid edildiyi bu tarix İslam dünyasında matəm günü kimi qeyd olunur.
Aşura günü Azərbaycanda da məscidlərdə dini mərasimlərlə qeyd olunur. Həmçinin bir sıra məscidlərdə qanvermə aksiyası keçiriləcək.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qanvermə ölkə üzrə nazirliyin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunacaq.
Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.
Yasamal rayonu - “Təzəpir” və “Hacı Soltanəli” məscidləri;
Səbail rayonu - “Bibiheybət” və İçərişəhər “Cümə” məscidləri;
Suraxanı rayonu - “Qaraçuxur” qəsəbə məscidi;
Xəzər rayonu - “Mirmövsüm ağa” ziyarətgah-məscidi;
Nizami rayonu - “Keşlə” qəsəbə məscidi;
Nəsimi rayonu - "Əjdərbəy” məscidi;
Sumqayıt şəhəri - “Cümə” məscidi;
Gəncə şəhəri - “İmamzadə” ziyarətgah-məscidi;
Mingəçevir şəhəri - “Heydər” məscidi;
Şəki şəhəri - “Сümə” məscidi;
Lənkəran şəhəri - “Böyük Bazar” məscidi;
Bərdə şəhəri - “Cümə” məscidi.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq. //Trend