ABŞ-da naməlum şəxslər donuz başını məscidin qapısına atdılar – VİDEO

ABŞ-da naməlum şəxslər donuz başını məscidin qapısına atdılar – VİDEO Hadisə müşahidə kameraları vasitəsilə qeydə alınıb

ABŞ-ın Pensilvaniya ştatında naməlum şəxslər kəsilmiş donuz başını Filadelfiyada şəhər məscidinin qapısının qarşısına atıblar, Associated Press agentliyi məlumat yayıb.

qanuninfo.az Lifenews-a istinadən xəbər verir ki, baş verən hadisə dini məbədin yanında quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Şəbəkədə yayılan kadrlarda pikapın məscidin binasının yanından keçdiyi görünür. Bir anda sərnişin oturacağı tərəfdən bir əşya atılır, daha sonra onun donuz başı olduğu müəyyənləşdirilir. Onu atan insanı müəyyən etmək mümkün deyil.

Məscid nümayəndələri baş verənləri “nifrət aktı” adlandırıblar və qeyd ediblər ki, əslində kəsilən baş problem deyil, amma bu, ismarıcdır.

“Onu atan insanlar gələcəkdə daha böyük bir əməl törədə bilərlər”, - məscidin mətbuat katibi qeyd edib.

Polis hadisəni araşdırmağa başlayıb, şəhər sakinləri isə bu əməli törədənlər, dini nifrət yaratmaq istəyənlər barədə istənilən məlumata görə mükafat vəd ediblər.


Oxşar xəbərlər