Mən xoşbəxtəm ki, Azərbaycanın müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam.
Heydər ƏLİYEV
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və Rzayev Baba Hüseynağa oğlu "Azərişıq" ASC-nin Sədri təyin olunmuşdur..
Bu dövranın ən əsas, həlledici addımları və perspektiv yürüsü, bir qədər sonra konkret faktlara müraciətən daha geniş bəhs edəcəyimiz ümummilli lider Heydər Əliyev tərəfindən başlanıb və bu sahədə işlər 2015-ci il fevralın 10-da “Bakıelektrikşəbəkə”nin bazasında “Azərişıq” ASC yaradılması haqqında sərəncam imzalayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində uğurla davam etdirilməkdədir.
Bu işlər o qədər çox ki, bunları nəinki bir səhifəlik qəzet yazısında, hətta, obrazlı desək, “Azərişıq” ASC-nin yaydığı elektronurla da işıqladırmaq mümkün olmaz...
“Azərişıq” ASC-nin sədri Baba Rzayevin mətbuata müsahibələrindən, hökumət və dövlət tədbirlərində çıxışlarından da bəlli olduğu kimi, son illər enerji məsələlərilə bağlı qəbul edilən dövlət proqramları, Prezident sərəncamları Bakıda və regionlardakı istehlakçılara fasiləsiz və dayanıqlı elektrik enerjisi verilməsini, kənd təsərrüfatı, sənaye sahələri və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsini tamamilə təmin edir və respublikamızın sürətli inkişafı ilə əlaqədar artan tələbat ölkə rəhbərinin daimi diqqət mərkəzindədir. “Azərişıq” ASC-nin 2017-2025-ci illəri əhatə edən fəaliyyət planı isə bu işlərin daha da genişlənəcəyindən, uğurların dinamikasından xəbər verir.
-“Azərişıq" ASC-nin əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini Dünya standartlarına uyğun yenidən qurmaqdır. Bu prinsipləri əldə rəhbər tutaraq, “Azərişıq” ASC artıq genişmiqyaslı yenidənqurma və təmir işlərinə başlamışdır. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunur. Yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdıdılır və kabel xətləri çəkilir. Bütün bunlar, inkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rahatliğı üçün həyata keçirilir.
-“Azərişıq” ASC öz missiyasını - istehlakçıların dayanıqlı, fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsini daim şərəflə yerinə yetirir. Dövlətimizin dəstəyi ilə “Azərişıq” ASC kollektivi kənd, qəsəbə və respublikamızın rayon və şəhərlərində paylayıcı elektrik şəbəkələrinin bərpası və yenidənqurma işlərini yaxın gələcəkdə uğurla həyata keçirəcəkdir.