"Bu gün ölkə elektrik enerjisi sistemində generasiya gücləri ilə bağlı problem yoxdur. Lakin enerji sisteminin dayanıqlılığını və təhlükəsizliyini xarakterizə edən amillərdən biri olan enerjinin ötürülməsi sistemində müəyyən çətinliklər var”.
Bunu "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev rəsmi "Azərbaycan” qəzetində yazdığı məqalədə bildirib. E. Pirverdiyev qeyd edib ki, hazırda dövlət başçısının tapşırığına əsasən enerjinin ötürülməsi sistemində və paylayıcı şəbəkələrdə yeniləşmə proseslərinin aparılması istiqamətində iş aparılır.
ASC prezidenti onu da qeyd edib ki, prezident enerji mübadiləsi ilə yanaşı, tranzit ötürmədən istifadə etməklə digər ölkələrin bazarlarına elektrik enerjisinin ixracı istiqamətində işlərin görülməsi üçün tapşırıqlar verib: "Bu istiqamətdə də işlər aparılır”.