Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və Rzayev Baba Hüseynağa oğlu "Azərişıq" ASC-nin Sədri təyin olunmuşdur..
Rzayev Baba Hüseynağa oğlu 2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. Hazırda "Azərişıq" ASC-nin Sədri vəzifəsində çalışır.
01 Yanvar 2002-ci ildən Avqust 2006-cı ilədək "Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" MMC idarəetməyə verilmişdir.
"Azərişıq" ASC-nin əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini Dünya standartlarına uyğun yenidən qurmaqdır. Bu prinsipləri əldə rəhbər tutaraq, Azərişıq ASC artıq genişmiqyaslı yenidənqurma və təmir işlərinə başlamışdır. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunur. Yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdıdılır və kabel xətləri çəkilir. Bütün bunlar , inkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rahatliğı üçün həyata keçirilir.
“Azərbaycan dünyaya günəş kim doğacaq” - söyləyən ulu öndər Heydər Əliyev öz ölkəsinin inkişaf strategiyasını hələ çox əvvəllər, sovetlər dönəmindən müəyyənləşdirmişdi. Müstəqillik illərində xalqın tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider bu inkşafın dönməz xarakter alması, müstəqilliyimizin əbədiləşməsi üçün əlindən gələni əsirgəmədi. İqtisadi əsasların möhkəm olması üçün ilk olaraq enerji sahəsinə diqqəti artırdı. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də bu gün Azərbaycanın ən inkişaf etmiş dövlətlər sırasına qalxması üçün əzmlə çalışır.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində, o cümlədən elektroenergetika sisteminin inkişafında öz əksini tapıb. Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb.
Respublika ərazilərinin inkişaf sürəti və istehlakçıların elektrik enerjisinə olan tələbatının artım dinamikası mövcud şəbəkənin texniki imkanlarından daha yüksəkdir. Şəbəkənin aktivlərinin uzun müddət ərzində istismarda olması, onların fiziki və mənəvi cəhətdən aşınma səviyyəsinin yüksəlməsi, xüsusən son illərdə bölgələrdə aparılan genişmiqyaslı yenidənqurma işləri, turizm obyektlərinin inşa edilməsi, sənaye və ticarət obyektlərinin tikintisi nəticəsində güc artımının yüksək həddə çatması bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu məqsədlə Prezident İlham Əliyev enerji sektorunda islahatların həyata keçirilməsinə start verdi. İlk olaraq paytaxt Bakıda “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edildi.
Bakının işıqları, Bakının gecələri, Bakının sayrışan ulduzları, ifadəsi ötən əsrin 60-cı, 80-ci illərində şerdə, sənətdə, mahnılarda vəsf olunan mövzulardan olub. O illərin Bakısını görənlər nostalji duyğularla Bakının özünəməxsus gecələrini xatirlayırlar. Bulvar boyu sayrışan gecə lampaları, üzü Dağüstü parka qalxan funikulyorun rəngarəng işıqları yaşlı və orta nəslin yaddaşında ilginc duyğulu hisslərlə yaşamaqdadır. Elektrik enerjisinin müvafiq qaydada istehsalı, ötürülməsi, paylanması nə qədər texniki bir məsələdirsə, onun nəticəsi - Qədim Bakının küçə və meydanlarını, tarixi memarlıq abidələrini - "Qız qalası"nı, "Şirvanşahlar sarayı"nı, "İsmailiyyə" binasını, eləcə də son illər tikilən milli ornamentli, şərq üslüblü binaları işıqlandırması estetik bir nəticədir. Sırf mühəndis-texniki bir vasitə ilə istehsal olunan elektrik enerjisi istehlak məqamında estetik bir gözəllik mənbəyinə, bədii bir obraza çevrilib insanların zövqünü oxşayır, şerə, nəğməyə dönür.
"Azərişıq" ASC-nin tarixi eyni zamanda Bakıda elektrikin tarixi ilə birgə formalaşıb. Əldə olan sənədlərə əsasən Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki "Bakinski dok"da quraşdırılmışdır. Azərbaycan Respublikasının Dövlət tarixi Arxivinin sənədlərinə görə cərəyan alman istehsalı olan "Algemayne" sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatmışdır.
Öz gücünə görə indikilərlə müqayisə olunmaz elektrik stansiyaları yalnız öz obyektini təchiz edirdi. Şəhərin elektrik enerjisi ilə təchizatı sırf belə yolla təşkil edilirdi.
Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları, ölkə iqtisadiyatının bütün sahələrində olduğu kimi elektroenergetika sahəsinə, eləcə də paytaxtan elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərməkdədir.
"Bakıelektrikşəbəkə"ASC-nin fəaliyyəti 2006-cı ildə bərpa edildikdən sonra bu sahədə inkişaf və investisiya işlərinin müasir standartlara uyğun aparılması məqsədi ilə Prezidentin ehtiyat fondundan maliyyə vəsaiti ayrılması haqda müvafiq sərəncam verilmişdir.
Hörmətli internet istifadəçiləri! "Azərişıq" ASC-nin WEB saytının inkişaf və investisiya səhifəsində "Azərişıq" ASC-nin fəaliyyət göstərdiyi bir il ərzində şəbəkədə aparılan tikinti, yenidənqurma, genişləndirmə işləri ilə daha geniş şəkildə tanış ola biləcəyinizə görə bu yazıda müasir şəbəkənin quruculuq işlərinə toxunmuruq.Bir məqamı diqqətinizə çatdıraq ki, "Azərişıq" ASC bu gün nəhəng tikinti meydanına bənzəyir.
“Azərişıq” ASC olaraq bizim ən ümdə vəzifəmiz Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıları keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək, ölkə başçısının etimadını yüksək səviyyədə doğrultmaqdır. Ötən doqquz ay deməyə əsas verir ki, biz bu yolda inamla irəli gedirik.
Bütün görülən tədbirlər, yaradılan şərait və infrastruktur deməyə əsas verir ki, çox yaxın zamanlarda “Azərişıq” ASC tərəfindən ölkəmizin ən ucqar nöqtələrində belə Azərbaycan vətəndaşları regionda ən keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunacaq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin böyük bacarığı ilə davam etdirilən “İşıqlı Azərbaycan” layihəsi özünün tam olimpinə qovuşacaq. Paytaxtımız Bakı kimi bütün kənd və rayonlarımız işıq nuruna qərq olacaq və ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Azərbaycan dünyaya günəş kimi doğacaq!”

Əli Budaqov,
«Azərişıq» ASC-nin yüksək səlahətli kadrı