Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Kərim Kərimov sabiq prezident Ayaz Mütəllibovun dövlət müstəqilliyi ilə bağlı təşkil edilən tədbirlərə dəvət edilməməsinə görə narazı qalmasına münasibət bildirib.
K.Kərimov Ölkə.Az-a açıqlamasında deyib ki, Ayaz Mütəllibovun narazılıq etməyə haqqı yoxdur:
“Ayaz Mütəllibov nə zamandan YAP-ın işləri ilə maraqlanmağa başlayıb? Partiyamız Ayaz Mütəllibovu nə zaman harasa dəvət edib ki, indi də dəvət etsin? Əgər Ayaz Mütəllibova dəvət gəlmirsə, deməli lazım bilmirlər. İndi hər kəs elə hesab edir ki, ondan əhəmiyyətli şəxs yoxdur. Bu adam da özünə status qazanmaq istəyir. Ona görə də Azərbaycanın ilk prezidenti və sairə söhbətlərini ortaya atıb.
Azərbaycanda birinci və ya ikinci prezident anlayışı yoxdur. Bu baxımdan da Ayaz Mütəllibov nə qədər sakit otursa, bir o qədər ona başucalığı gətirər”.
Xatırladaq ki, eks-prezident Ayaz Mütəllibov mətbuata müsahibəsində Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı təşkil edilən tədbirlərə dəvət olunmamasından şikayətlənib:
“Dövlət müstəqilliyi ilə bağlı təşkil edilən tədbirlərə məni dəvət etmirlər. 4 ildir ki Bakıdayam, amma bir dəfə də olsun, belə mərasimlərə görə məni axtaran olmayıb. Səbəbini deyə bilmərəm”.