Aşıq Əlinin qohumu toyda öldürüldü — YENİLƏNİB

Aşıq Əlinin qohumu toyda öldürüldü — YENİLƏNİB Qobustan rayonunda toy mərasimi zamanı bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Divanlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

Qeyd edək ki, F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

***

Bakıda toy mərasimində qətl törədilib.

Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Qobustan qəsəbəsindəki “Qobustan” şadlıq evində keçirilən mərasimə qonaq kimi dəvət olunmuş 1989-cu il təvəllüdlü Vüsal Ağa oğlu Nemətov aralarında yaranmış şəxsi münaqişə zəminində 1979-cu il təvəllüdlü Fəxri Kamal oğlu Kərimovu bıçaqlayıb. F. Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. V. Nemətov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Oxşar xəbərlər