
FETÖ istintaqı çərçivəsində bağlanan Samanyolu televiziyasının “Kollama” adlı serialını xatırladıb.
Rusiyanın Ankaradakı səfiri Karlovun qətlindən sonra serialın 89-cu seriyasında səfirə qarşı sui-qəsd hadisəsinin olması ötən həftə müzakirələrə səbəb olmuşdu. “Kollama” serialının 90-cı seriyasında isə Şaxta Baba paltarında bir terrorçu canlı bomba hücumu etmək üçün bir məktəbə gedir. Bütün bu hadisələr isə beyinlərdə hücumun FETÖ tərəfindən törədilib-törədilməyi sualını yaradır.
Qeyd edək ki, dünən gecə İstanbulun Ortaköy səmtində “Reyna” klubda baş verən terror aktı zamanı 39 nəfər həlak olub, 65 nəfər isə yaralanıb.