“İstanbuldakı qanlı terror aktını qəti şəkildə pisləyirik” - XİN-dən açıqlama

“İstanbuldakı qanlı terror aktını qəti şəkildə pisləyirik” - XİN-dən açıqlama Azərbaycan Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktını pisləyib.

Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

"Biz, İstanbulun Beşiktaş rayonunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq", - deyə məlumatda bildirilir

Açıqlamada, həmçinin vurğulanır ki, "terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir".

Oxşar xəbərlər