Bu ilin 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qərar verilmişdi ki, prezident Rəcəb Tayyib Ərdoğan da öldürüləcəkdi.
Türkiyə mətbuatının yazdıqlarına görə, bu barədə FETÖ rəhbərliyi qərar veribmiş. Həmin gecə silahlanmış terrorçu əsgərlər əmiri FETÖ-nun “Qara İmamı” ləqəbli Albay Bilal Akyüzdən alırmışlar. Albayın avtomobilini axtaran zaman orada ələ keçirilən məlumatlar arasında bir məqam diqqət çəkib. Bir qeyddə yazılıbmış ki, “Bu gecə, heç bir canlı qalmayacaq. Prezident də daxil, heç bir canlı qalmayacaq”.
Məhz həmin gecə Ərdoğanın qaldığı otelə hücum olub. Bu zaman 2 polis şəhid olub.