Sürətlə inkişaf edən müstəqil Azərbaycanda indiyədək həyatın bütün sahələrini əhatə edən xeyli sayda proqram və layihələr qəbul olunaraq reallaşdırılıb və bu işlər bu gün də uğurla davam etdirilir. Daima tərəqqidə olan təhsil sistemi də ölkənin, dünyanın inkişaf tempinə uyğun daha uğurlu islahatların aparılmasını zəruri edir. İndiyədək bu sahədə 15-dən çox inkişafyönümlü proqram və layihə həyata keçirilib və həyatın tələbinə uyğun qarşıda duran vəzifələr müəyyənləşdirilərək onların icrası istiqamətində mühüm addımlar atılır.
Müstəqil dövlətimizdə təhsil islahatları 1999-cu ildən başlanıb. Ölkə başçısı İlham Əliyev tərəfindən 24 oktyabr 2013-cü ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” müstəqil dövlətin təməl təsisatlarından olan müasir təhsil sisteminin qurulmasını qarşıya mühüm bir vəzifə kimi qoyur.
Goranboy rayon Təhsil Şöbəsi Goranboy rayonunun rayon statusunun yenidən bərpa edilməsi dövründən, 1992-ci ildən fəaliyyət göstərir. Təhsil Şöbəsi təhsilə cəmiyyətin ən əsas problemlərini özündə daşıyan sosial proses kimi baxmış, təhsilin üstün inkişafı və dövlət təhsil siyasətinin həyata keçirilməsi üçün fasiləsiz iş aparmışdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında Təhsilin inkişafının başlıca istiqamətlərini əks etdirən müddəaların yerinə yetirilməsi əsas vəzifə kimi qəbul edilmişdir. 1999-cu ildən Siyəzən rayonunda təhsildə tamamilə yeni bir dövr başlanmışdır. “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı "nın təsdiq edilməsi və həyata keçirilməsi rayonda təhsilin bütün sahələrini inkişaf etdirmişdir. Bu dövr ərzində təhsildə hüquqi-normativ bazanın yaradılması, öyrədici innovasiya mərhələsinin başa çatdırılması, ümumi təhsilin kurrikulumlarının hazırlanması və tədrici keçid əsas məqamlardan olmuşdur. Bütün bunların məntiqi nəticəsi kimi rayonun təhsili daimi inkişafda olmuş, yüksək nəticələr əldə etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkə təhsilinin inkişafında çox ciddi dönüş yaradacağına əminik. Təhsil ölkəmizin, millətimizin gələcəyidir. Təhsil naziri Mikayıl Cabbarovun dediyi kimi, “Bu sənəd bizim qarşımızda yeni hədəfləri, təhsil sahəsində indiyə kimi mövcud olan vəziyyətin qiymətləndirilməsini, eyni zamanda Azərbaycan təhsil sisteminin aparıcı dünya standartlarına uyğun qurulması üçün yollar müəyyənləşdirir”.
Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov