14 sentyabr 2016-cı il tarixdə Bakı Modern Təhsil Kompleksində Nərimanov rayonu üzrə təhsil müəssisələrinin 2015/2016-cı tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyətin görüşü keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar Bakı Modern Təhsil Kompleksinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbərliyi, millət vəkilləri, müəllimlər, valideynlər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yüksək nəticələrlə ali məktəblərə qəbul olunmuş tələbələr və nəhayət, rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev yüksək nəticələrlə ali məktəblərə qəbul olunmuş tələbələri təbrik edərək, onlara dövlətimiz üçün layiqli bir vətəndaş olmaları naminə gələcək həyat yollarına uğurlar arzulayıb.
Müasir dünyada hər bir ölkənin gələcəyinin həmin ölkədə təhsilin səviyyəsi ilə ölçüldüyünü deyən A.Fərzəliyev, Ulu Öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başlatdığı islahatların bu gün dahi rəhbərin siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
A.Fərzəliyev Azərbaycanda təhsilin dövlətimizin başçısının daim himayəsi altında olduğunu, möhtərəm Prezidentimizin təhsil sisteminə diqqət və qayğısı sayəsində Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı və sistemli tədbirlərin görüldüyünü, milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramlarının təsdiq olunaraq reallaşdırıldığını və bu istiqamətdə atılan bütün addımların ölkəmizdə təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin daha da yüksəldilməsinə, milli kadr potensialının formalaşmasına xidmət etdiyini vurğulayıb.
Natiq, son illər təhsil sahəsində həyata keçirilən layihə və proqramların xüsusi uğurları ilə seçildiyini, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının ayrı-ayrı bölgələrdə təhsil infrastrukturunun yeniləşməsinə ciddi zəmin yaratdığını, orta ümumtəhsil məktəblərinin bərpası və yenidənqurulması, habelə yeni məktəblərin tikintisi prosesinin geniş vüsət aldığını söyləyərək, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində demək olar ki, rayonun bütün təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işlərinin həyata keçirildiyini xüsusi vurğulayıb.
Həmçinin, qeyd edilib ki, Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün son dövrlər ölkədə xeyli iş görülüb. Dövlətimizin başçısı cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri müntəzəm diqqət və qayğı sayəsində yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə islahatların aparılması təhsilimizin uğurlu gələcəyinə inamı artırır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər təhsil müəssisələri tikilərək, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub.
Qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək nəticələr göstərən tələbələrin sayının ilbəil artmasında göstərir.
Sevindirici haldır ki, respublika üzrə ən yüksək - 700 bal toplayan 6 məzundan 2-si Nərimanov rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin məzunlarıdır. 2016-cı ildə ali məktəblərə qəbul imtahanlarında 650-dən yuxarı bal toplayan şagirdlərin sayı isə 30 nəfərdir.
Sonra Milli məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Hikmət Məmmədov çıxış edərək, ölkə rəhbərinin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin sürətli inkişaf dövrünü yaşadığını, ölkə həyatının bütün sahələrində olduğu kimi təhsildə də böyük uğurlarının əldə olunduğunu bildirərək, bütün bü nailiyyətlərin insan kapitalının inkişafına təkan verəcəyinə, ölkəmizin iqtisadi inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcəyinə əminlik ifadə ediblər.
Sonda Nərimanov Rayon İcra Hakimiyyəti adından təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.