Orta məktəb direktorları və müavinlərinin fəaliyyəti stimullaşdırılacaq

Orta məktəb direktorları və müavinlərinin fəaliyyəti stimullaşdırılacaq Nazirlər Kabinetinin hesabatı

Azərbaycanda ümumtəhsil məktəbləri rəhbərlərinin fəaliyyəti işin həcmindən və keyfiyyət göstəricisindən asılı olaraq stimullaşdırılacaq.

Bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ında əks olunub.

Təhsil Nazirliyinin təklifləri əsasında “Dövlət ümumi təhsil müəssisələrinin direktorunun, direktorun tədris (təlim-tərbiyə) işi, lisey (gimnaziya) və digər profil üzrə müavinlərin aylıq vəzifə maaşlarına əlavələrin və birdəfəlik mükafatın müəyyən edilməsi haqqında” qərar layihəsi hazırlanıb.

Layihənin hazırlanmasında əsas məqsədlərdən biri ümumi təhsilin keyfiyyətinin yüksəldilməsidir.

Oxşar xəbərlər