Tofiq Calalov: Ölkəmizdə rabitənin, kommunikasiya texnologiyalarının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Tofiq Calalov: Ölkəmizdə rabitənin, kommunikasiya texnologiyalarının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır Bu fikri hər zaman böyük qətiyyətlə və qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın davamlı inkişaf konsepsiyası ulu öndər Heydər Əliyevin irsindən qaynaqlanır. Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin hər iki dövrünə nəzər salsaq, görərik ki, Azərbaycanı qüdrətli, zəngin dövlətə çevirmək, xalqın rifahını daha da yaxşılaşdırmaq ümummilli liderin ən böyük arzusu, amalı olub.

Müasirləşən, modernləşən Azərbaycan iqtisadi qüdrəti ilə seçildiyi kimi innovativ texnologiyalardan istifadə imkanları ilə də fərqlənməli idi. Müstəqil dövlətin qarşısında duran mühüm vəzifələrdən biri də qlobal informasiya məkanında Azərbaycanın layiqli yer tutması və inteqrasiyası idi. Bu amilin ölkəmiz haqqında dünyaya dolğun məlumatların çatdırılmasında böyük roluna diqqətlə yanaşan ulu öndər Heydər Əliyevin bu istiqamətdə gördüyü işlərin miqyası böyükdür. Məhz dahi şəxsiyyətin sərəncamı ilə təsdiqlənən "İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya" qarşıya qoyulan məqsədlərə çatmaq üçün geniş yol açdı. İqtisadi tərəqqi hər bir sahənin inkişafına stimul oldu. Ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi dövlət siyasətinin əsasında dayanır. Ölkədə rabitənin, kommunikasiya texnologiyalarının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Danılmaz faktdır ki, cəmiyyətin inkişafı informasiya texnologiyalarının, konkret olaraq internetin imkanlarına əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının sahəsinin prioritet elan olunması, 2013- cü ilin"İKT ili" elan edilməsi də bu sahənin inkişafının dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir.

Müasir dövrümüzün başlıca tələbi olan İKT-nin inkişafı bilik, zəka, intellektin inkişafı ilə yanaşı eyni zamanda biznes sahəsidir. Ölkəmizdə bu sahənin inkişafı ilə bağlı bir-birindən əhəmiyyətli addımlar atılır. Məqsəd qeyd etdiyimiz kimi Azərbaycanı daha da gücləndirmək, müasir dövlətə çevirməkdir. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması da yüksək inkişafa xidmət edən addımlardandır. Yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi prioritet məsələlərdəndir. Göründüyü kimi, uğurlarımızın təməlində düşünülmüş və məqsədyönlü siyasət dayanır. Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlarını yaşayır.

Abşeron Rayon Telekommunikasiya Qovşağının rəhbəri Tofiq Calalov


Oxşar xəbərlər