Dekabrın 2-də Türkiyənin İzmir şəhərində 16 yaşlı qızın yaşadığı mənzildən müəmmalı şəkildə qaçırılması böyük marağa səbəb olmuşdu. İzmirin Karabağlar rayonunda ata-anası və bacısı işdə olarkən yatdığın yerdən qaçırılan Ayşenur S. İstanbulda tapılıb.
Bu gün qızın valideynlərinə zəng edən şəxs Ayşenuru Esenler adlanan yerdə yol kənarında huşsuz vəziyyətdə tapdığını və onun telefonunu götürərək əlaqə saxladığını deyib.
Bildirilir ki, evdə kimsənin olmadığını bilən narkotik alveri və fahişəliklə məşğul olan şəbəkə üzvləri 16 yaşlı qızı zorla aparıblar. Bir neçə saat sonra evə qayıdan valideynləri yataq otağında qan ləkələri və cırılmış paltarlar görüncə, dərhal polisə məlumat veriblər.
Olayla bağlı artıq bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
///lent.az