Avqustun 18-də İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qətli üzrə aparılan istintaq zamanı şahidlər dindirilib.
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, R.Lənkəranskinin qətlə yetirildiyi avtomobili idarə edən iş adamı Tahir C. şahid qismində polisə çağırılıb.
Dindirmədən sonra onun barəsində həbs qərarı verilib. R.Lənkəranskinin hoteldə Tahir C. ilə görüşdüyü müəyyənləşib. Həmin toplantıda Lənkəranskinin yaxın adamları sayılan azərbaycanlı Hacıbaba T., A.N. və Z.İ. də iştirak ediblər. Onlar da şahid qismində polisə dəvət olunub.
Dindirilmə vaxtı Hacıbaba T-nin şübhəli şəxs kimi axtarışda olduğu, onun 2013-cü il avqustun 18-də İstanbulda öldürülən azərbaycanlı iş adamı Əli Həmidovun qətlində iştirak etdiyi ortaya çıxıb. Beləliklə, o da saxlanılıb. Hacıbaba T.-nin Rusiyada törədilən 5 qətl hadisəsinin də iştirakçısı olduğu müəyyənləşib.
Ə.Həmidovun qətlinin sifarişinin Lənkəranskinin verdiyi bildirilir.
Lənkəranskinin qətlində daha əvvəl şübhəli şəxs kimi saxlanılan və kriminal aləmin üzvü olduqları bildirilən Laşi Ş, Yuri P, Vasili H. və Nadir S. adlı şəxslərlə bağlı araşdırmalar davam etdirilir.