Əcnəbi qadın kirayədə yaşayırmış
Bakıda Moldova vətəndaşı olan 23 yaşlı qızın intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Lent.az-ın məlumatına görə, özünü çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən ataraq intihar edən Quriya Qlafira evli olub.
Təxminən 1 il əvvəl moldovalı gənclə ailə quran Quriya ailəsi ilə Bakıya gəlib və Xətai rayonu ərazisində kirayə tutduqları mənzildə yaşamağa başlayıb.
Bildirilir ki, Q.Qlafiranın yaşadığı ailədə xeyli sıxlıq var imiş. Kirayə tutulan mənzildə gənc ailə ilə yanaşı Quriyanın qayınanası və bir neçə digər qohumları da yaşayırmış.
Onlar Bakıda xırda ticarətlə, xüsusi ilə ətir alveri ilə məşğul olurmuş.
Sözügedən ailə rus dilində bilmədiyindən olayla bağlı hələlik müfəssəl məlumat toplamaq mümkün olmayıb.
Araşdırmalar davam etdirilir.
11:31
Bakıda əcnəbi qadın intihar edib.
Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi 29/44 ev 6, mənzil 31 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan, Moldova vətəndaşı, 23 yaşlı Quria Qlafira yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
İntiharın dəqiq səbəbləri hələlik məlum deyil.
Məlumata görə, intihar edən qadın Bakıda bizneslə məşğul olurmuş.