Türkiyənin Adana vilayətində valilik binasının qarşısında avtomobilə qurşadırılmış bomba partladılıb.
Redaksiyamız xəbər verir ki, ilkin məlumatlara əsasən, 1 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Partlayışın səsi şəhərin bir çox hissəsində eşidilib. Partlayışdan sonra dayanacaqda olan avtomobillər od tutub. Güclü partlayış dalğası ətrafdakı binaların şüşələrini sındırıb.
Ərazi polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Terrorçuları həbs etmək üçün əməliyyat keçirilir.