Mahnı oxuyub feyziyab olan balacanı ötən gün axşam saatlarında Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları Quşqara kəndi ərazisində fərdi yaşayış evlərindən bir qədər aralıda tapıblar.
ARB Kəpəz xəbər verir ki, azyaşlı diqqəti cəlb etdiyindən asayiş keşikçiləri onun harada yaşamasını və valideynləri barədə məlumat almağa çalışıblar. Təxminən 6-7 yaşı olan balaca ilə aparılan ilkin söhbətdən sonra uşaq Göygöl Rayon Polis Şöbəsinə gətirilib.
Dəniz - tapılan uşaq: "Adım Dənizdir. Bakıdan gəlirdim. Qardaşım gətirib. Qardaşım məni bura qoyub getdi. Dedi gəz. Gəlmə Bakıya, Yevlaxa gedəcəyik. Mən də dedim heç nə, gedin. Qardaşımın yanında heç kim yox idi".
Göygöl polisi Dənizin valideynlərinin tapılması istiqamətində tədbirlərə başlayıb. Ancaq araşdırmalar hələ bir nəticə verməyib.
Paşa Abbas - baş inspektor: "Uşağın deməsinə görə atasının adı Rövşən, anasının adı isə Güllüdür. Deməsinə görə, Bakı şəhərində "Papanin" adlanan ərazidə yaşayır. Hazırda valideynlərin müəyyən edilməsi istiqamətində axtarışlarımız davam edir. Uşağı görüb tanıyanlardan xahişimiz ondan ibarətdir ki, Göygöl Rayon Polis Şöbəsinə və yaxud da yaxınlıqda yerləşən polis orqanlarına müraciət edib məlumat versinlər".
Valideynləri müəyyən ediləndək isə polis əməkdaşları Dənizi Gəncə şəhərində fəaliyyət göstərən uşaq evinə təhvil verməyi planlaşdırır.