Ramil Usubov yeni polis rəisləri təyin etdi -siyahı

Ramil Usubov yeni polis rəisləri təyin etdi -siyahı Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin edilib

Bakipost.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis kapitanı İldırım Alıyev təyin edilib. İ. Alıyev faktı saytımıza təsdiqləyib.

Məlumat üçün bildirək ki, İldırım Alıyev bundan əvvəl Gəncə Şəhər Yol Polis Bölməsində çalışıb.

Xatırladaq ki, Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsin sabiq rəisi rəisi polis mayoru Dadaş İbrahimov bölmənin fəaliyyətində nöqsanlar aşkar edilməsi səbəbindən bu ilin iyul ayında vəzifəsindən kənarlaşdırılıb.

Bizimyol.info isə xəbər verir ki, polis polkovnik-leytenantı Mahmud Abdullayev Nərimanov Rayon Polis İdarəsi, Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edilib. Mahmud Abdullayev bundan əvvəl Bakı Şəhər Baş Polis İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Nərimanov DYP-nin bundan əvvəlki rəisi Tofiq Quliyev işində yol verdiyi qüsurlara görə vəzifəsindən azad olunub.

Oxşar xəbərlər