DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya yenilən (0:4) millimiz vətənə əliboş dönməyib.
Komandamız Bakıya 8 televizorla qayıdıb. Bu iddia ilə Britaniyanın məşhur "SKY Sport” kanalı çıxış edib.
Yazılanlara inansaq, səfər zamanı Belfastdakı elektronika mağazasından millimiz üçün 8 televizor alınıb. Adıçəkilən mallar qarşılaşmadan sonra millini Bakıya gətirən təyyarəyə yüklənib. Televizorlardan üçünün diaqonalının 72 düym olması iddia edilir. Alınan malların ümumi dəyəri 12 min funt-sterlinqdi.
Azərbaycan yığmasının Şimali İrlandiya səfərindən televizor alaraq qayıtması xəbərinə AFFA-dan münasibət bildirilib. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu "qafqazinfo"ya açıqlamasında İrlandiyadan televizor alınması haqda məlumatı təsdiq edib. Onun sözlərinə görə, bu televizorlar futbolçular tərəfindən alınmayıb: "Bu alış-verişin futbolçulara heç bir aidiyyəti yoxdur. Xəbərdə yazılan televizorları milli ilə birlikdə İrlandiyaya gedən azarkeşlər alıblar. Bəli, 7-8 televizor alınıb, hamısı da azarkeşlərə məxsusdu”.