Vasitəçilər Azərbaycan rəsmiləri ilə görüşəcəklər
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri - Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andriyo (Fransa) Bakıya gəlib.
Onlarla birgə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də Bakıya təşrif buyurub.
Bu gün vasitəçilərin Azərbaycan rəsmiləri ilə görüşəcəyi və görüşlər zamanı son günlərdə təmas xəttində vəziyyətin gərginləşməsinin müzakirə ediləcəyi gözlənilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik vəziyyətin imkan verəcəyi ilk fürsətdə münaqişənin gərginlik müşahidə edilən zonasına səfər edəcək.
Xəbər verdiyimiz kimi, həmsədrlər aprelin 9-da Yerevana səfər edəcək.