“Onlar idxal edilən brendlərdən ucuz olacaq”
Gürcü-Azərbaycan şirkəti “AG Telecom” televizorların istehsalına başlayır.
Məhsulların istehsalına 2016-cı ilin aprel ayından başlanılacaq.
Şirkətin direktoru Mixail Qlontinin bəyanatına görə, gürcü televizorunun qiyməti 180-280 dollar arasında olacaq.
“Gürcü televizorları idxal edilmiş brendlərdən ucuz olacaq. 32 düymlük (81) ekranlı televizorlar 180 dollara, 40 düymlük (101 sm) diaqonallı ekranlı televizorlar isə 280 dollara olacaq. Nəzərdə tutulmuş keyfiyyətə görə, qiymət çox ucuzdur”, - Qlonti bəyan edib.
Onun sözlərinə görə, məhsulların gələcəkdə Avropa bazarına çıxarılması planlaşdırılır.
“AG Telekom” gürcü-Azərbaycan şirkəti Rustavidə 2013-cü ildə açılıb. Zavod hazırda, rəqəmsal yayıma keçid üçün vacib olan set top box, eləcə də Led-lampalar, myvideo üçün TV Box və digər texnikalar istehsal edir.