İcra başçısı aparılan abadlıq-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Məhz elə bu səbəbdən də Biləsuvar rayonu ildən-ilə gözəlləşir
Azərbaycanın ən gözəl guşələrindən biri olan, ölkənin əlverişli fiziki coğrafi şəraitdə yerləşən, Biləsuvarda son illər genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri aparılır. Belə ki, rayonda yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunur, divarlara xüsusi formalı üzlüklər çəkilir, müasir dizaynda yeni parklar, bağlar salınır. Magistral yollarda, şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun ornamentli divarlar hörülüb, mövcud divar və hasarlar suvaqlanaraq rənglənib, asfaltlanma işləri aparılıb, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılıb.
Təbii, Biləsuvar rayonunda gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərin ən gözəl məkanlardan birinə çevrilməsi yerli əhali ilə yanaşı, bütün ölkə vətəndaşlarında qürur hissi doğurur. Çünki şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-quruculuq işləri aparılır. Bütün bunlar insana olduqca xoş təəssürat bağışlayır. Onu da nəzərinizə çatdıraq ki, abadlıq işləri çərçivəsində şəhər daxilindəki mağazaların və digər sosial obyektlərin, binaların, fərdi evlərin fasadları və hasarları yenidən qurulub.
Rayonun bütün bina və küçələrində də işıqlandırma sistemi təkmilləşdirilib. Eyni zamanda, rayon ərazisində çoxlu ağac və gül kolları əkilmişdir. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar təşkil edir. Sözsüz, Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür. Belə ki, o, rayonda aparılan abadlıq-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Məhz elə bu səbəbdən də Biləsuvar rayonu ildən-ilə gözəlləşməkdədir. Rayonun hər tərəfində səliqə-sahman göz oxşayır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Biləsuvarda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Bir sözlə, Biləsuvar inamla gələcəyə doğru addımlayır.
Son illər ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Biləsuvarın iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Məsələn, təkcə bu ilin 3 rübü ərzində Biləsuvar rayonunda bir çox işlər görülüb və ciddi nailiyyətlər əldə olunub. Aydın şəkildə görünür ki, ölkə başçısının Biləsuvara davamlı diqqəti və qayğısı nəticəsində bu il də rayonun sosial-iqtisadi və mədəni həyatında inkişaf davam edib, şəhərdə və bütövlükdə rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, iri həcmli layihələrin icrası təmin olunub, yeni layihələrin icrasına başlanılıb.
Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, doğrudan da Biləsuvar ölkənin cənub regionunun mərkəzinə çevrilməkdədir. Yazının əvvəlində də vurğuladığımız kimi, rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür. Ümid edirik ki, Biləsuvar bundan sonra da gözəlləşəcək, daim inkişafda olacaq.