Abutalıbov Hacıbala İbrahim oğlu 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Ölkəmizdə aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Ölkəmiz inkişaf edir, güclənir. Bu, özünü həm statistik göstəricilərdə göstərir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda görürük. Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır.
Son illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templəri ilə inkişaf etmişdir. Bu sahədəki nailiyyətlər dünya birliyi tərəfindən də qiymətləndirilir. Nüfuzlu beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər.
Bir sözlə, sürətli inkişaf bizə imkan verdi ki, ölkəmizin hərtərəfli yüksəlişi üçün əlavə imkanlar yaradılsın. Şübhəsiz ki, bu inkişafın təməlində uğurlu iqtisadi və siyasi islahatlar, Azərbaycanda aparılan uğurlu neft siyasəti dayanır. Bu siyasət bizə imkan verdi ki, böyük maliyyə resursları yaradaq və onları çox böyük səmərə ilə iqtisadiyyata yönəldək ki, həm insanların rifah halı yaxşılaşsın, həm də ölkəmizin inkişafı uğurlu və uzunmüddətli olsun.
Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər, Dövlət Bayrağı Meydanı, onun ətrafında həyata keçirilən abadlıq, quruculuq tədbirləri paytaxtımızın daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edir və paytaxt sakinlərində xoş təəssüratlar, dərin məmnunluq hissi yaradır
Əlbəttə ki, şəhər böyüyür, Azərbaycan əhalisi artır. Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdır. Bu gün əhali artıb və biz elə etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər, bütün nəqliyyat imkanlarımız böyüyən şəhərə uyğun olsun. Son illər ərzində şəhərimizdə bu məqsədlə genişmiqyaslı işlər aparılmışdır. Xüsusilə, yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər görülmüşdür. O tədbirlər vaxtlı-vaxtında görülmüşdür.
Bakımızın inkişafı davam edir, şəhərimiz gözəlləşir, abadlaşır. Hazırda yeni böyük layihə icra edilməyə başlamışdır – “Ağ Şəhər” layihəsi. Bu layihənin də çox böyük rəmzi mənası vardır. Çünki tarixi “qara şəhər” adlandırılan ərazidə yeni inkişaf layihəsi təqdim edilibdir. Beynəlxalq sərgilərdə “Ağ Şəhər” layihəsi təqdim olunur. Böyük bir yaşayış mərkəzi olacaqdır. Kiçik bir şəhərə bərabər inkişaf layihəsi olacaqdır. Yəni, əslində Bakının içində ekoloji cəhətdən ən yararsız yerlərdə, neftlə, neft tullantıları ilə çirklənmiş torpaqlarda müasir, ekoloji təmiz, gözəl yeni bir tikinti layihəsi icra ediləcəkdir. Orada yaşayış, ofis binaları, ticarət mərkəzləri, istirahət parkları tikiləcək, dənizə çıxışı olacaq yeni bulvar salınacaqdır.
İndi hər kəs bu şəhərin qənirsiz gözəlliyinə valeh olur. Bakı on il əvvəlki şəhər deyil. Onun siması günbəgün dəyişir, yeniləşir. Bir il əvvəl bu şəhərdə olan xarici qonaqlar etiraf edirlər ki, Bakı tanınmaz dərəcədə gözəlləşib. Bakı ölkəmizdə gedən nəhəng quruculuq işlərinin ən bariz nümunəsidir. Haraya baxırsan, yenilik var, köhnə məhəllələrin yerində ucalan göydələnlər, parklar və xiyabanlar, yeni yollar adamda qürur hissi doğurur.
Bakı, doğrudan da gözəlliklər şəhəridir. Onun gələcəyi isə daha da gözəl və yaraşıqlı olacaq. Bugünkü inkişaf və tərəqqi bunu deməyə əsas verir.