Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra Mahir Quliyevdən razılığınğı bildirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra Mahir Quliyevdən razılığınğı bildirdi Bu gün Biləsuvarın görkəmi naşı gözlərdə təəccüb doğura bilər. Küçələrin dağılmasını, yolların qazılmasını, toz-torpağın ətrafı bürüməsini nabələd adamlar ilk baxışdan, olsun ki, düzgün anlamazlar. Amma səbri, əhatəli müşahidəsi və aparılan işlərdən az-çox xəbəri olanlar rayonda genişmiqyaslı abadlıq-quruculuq tədbirləri reallaşdırıldığının dərhal fərqinə varacaq. Hər tərəf qaynayır, hər yanda canlanma var. Orda-burda gözə dəyən bəzi görüntülərsə ötəri səciyyə daşıyır. Bu gün-sabah şəhərin təmizliyi, səliqə-sahmanı qaydaya düşəcək və adamlar yenidən, ancaq əzəlkindən daha gözəl, yaraşıqlı küçələrdə gəzib-dolaşmaqdan zövq alacaqlar. Elə inşaat meydanlarında rast gəlinən “Müvəqqəti narahatlığa görə üzr istəyirik” lövhələri də tör-töküntünün çox tezliklə aradan qalxacağına işarədir.

Bəzi media orqanları Biləsuvar Rayonu İcra Hakimiyyətinin Başçısı Mahir Quliyevi tənqid edərkən hissə qapılırlar. Ən azı Mahir Quliyev barəsində tənqid yazarkən sıradan biri haqqında deyil, professorun hədəf seçilməsi götür-qoylarla nəzərə alınmır. Mahir Quliyev kimdir, hansı suallara cavab verir, niyə Biləsuvar rayonuna icra başçısı göndərildi, kimi əmsallar peşəkarcasına aparılan paralellərdən sonra qeyd olunmur. Bu suallara jurnalistlərin yerinə cavab verib, pərdəni və həmkarlarımızla aramızda olan məsafəni aradan götürmək, onları pis vəziyyətdə qoymaq istəmirik. Amma… Amma sözünü boşuna işlətmirik. Çünki, bəzi sayt və qəzetlər də nəzərə almalıdır ki, Biləsuvar Rayonu İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev barəsində tənqid yazarkən şayələri xəbərə çevirməsinlər, faktlara əsaslansınlar. Ən azı yazılarında qəti imkan tədbiri seçib özlərini çətin duruma salmasınlar. Çünki, Biləsuvar rayonunda orta sahibkarlıq inkişaf etdirilir, rayon icra hakimiyyətinin imkanları daxilində sahibkarlara ən yüksək səviyyədə köməklik edilir. Rayon vətəndaşları qəbul günləri qəbul edilir, problemləri dinlənilir. Kənd icra nümayəndələri yerlərdə insanlarla hörmətlə davranır. Bu kimi onlarla halın haradan qaynaqlandığını düşünmək yetərlidir. Mahir Quliyevin mədəni səviyyəsi nəfsindən irəli gələn bütün məsələləri üstələyir. O, sahibkarlıq subyektlərini incitmir, narahatçılıq yaratmır, hər hansı bir MMC-si yoxdur. Belə olan halda nədən ondan tənqid yazılır, ictimaiyyətdə sonradan özünü doğrultmayan fikirlər ortaya qoyulur, tənqid ucuzlaşdırılır?!

Məsələn, Biləsuvarda insanların ayağa qalxacağı oxucuya vəd olunur, sonradan heç nə baş vermir. Bəzi saytlar Biləsuvar insanını özlərinə sipər seçənlərə dəstək olur, onların adından spikulyasiya edənləri qısa müddətli sevindirirlər. “Məqalələrində” vətəndaşların Mahir Quliyevdən narazı olduğu vurğulanır, amma bunlar sonradan özünü doğrultmur, şayə olaraq qalır.

Hasil olan qənaət isə deməyə əsas verir ki, bəzən KİV nümayəndələri barədə deyilir ki, onlar yaxşı ilə pisi ayırd edə bilmirlər.

Bəlkə yalan yazdıq deyilsin, fikirlərimizi ən kiçik elementlərə qədər əks əlaqə qanununun harada tamamlanmağı səbəbi ilə əsaslandıraq.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra Mahir Quliyevdən razılığınğı bildirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra Mahir Quliyevdən razılığınğı bildirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra Mahir Quliyevdən razılığınğı bildirdi

Oxşar xəbərlər