Qayınanasını zorladığı üçün həbs edilən Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Taleh Səfərov 11 aprel 2016-cı ildə saat 18:00 radələrində qaynı Radiq Səlimov (ad və soyad şərti verilib) ilə birlikdə Oğuz rayonunun Bucaq kəndində yerləşən "Region 48” adlı kafedə yeyib-içib. İçki məclisi gecəyarısınadək davam edib. Bir gün sonra – aprel 12-də, gecə saat 01:00 radələrində Taleh Səfərov qaynı ilə birlikdə sonuncunun evinə gəlib.
O, qayınanası Xatun Səlimovanı (ad və soyad şərti verilib) yatmış vəziyyətdə görüb və onu zorlamaq fikrinə düşüb. Taleh qaynının yuxuya getməsini gözləyib . Qaynı yatandan sonra kürəkən soyunaraq qaynanasının yatağına girib. O, səs salmaması üçün öncə əli ilə Xatun Səlimovanın ağzını tutub. Müqavimət göstərdiyi üçün Taleh qaynanasını döyüb. Xatun Səlimova kürəkəninin əlindən çıxaraq qaçmaq istəyib. O, özünü döşəməyə atıb. Bu vaxt Taleh Səfərov qayınanasını "zərərsizləşdirmək” üçün döşəmənin üzərində uzanıqlı vəziyyətdə olan Xatun Səlimanın əllərini şarfla bağlayıb və soyunduraraq onunla cinsi əlaqədə olub. Qayınanasının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Taleh Səfərov həbs edilib.
"Qayınımın telefonunda pornoqrafik videolara baxdıq”
Taleh Səfərov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik kollegiyasında araşdırılıb. Məhkəmədə ifadə verən Taleh Səfərov bildirib ki, aprelin 11-də qaynı Radiqlə birlikdə Oğuz şəhər bazarının yanındakı kafedə pivə içib: "Həmin gün saat 20 radələrində Oğuz rayonunun Bucaq kəndinə gedərək yolun kənarında olan kafedə Radiqlə birlikdə yemək yedik. Hərəmiz təxminən 750 qram araq içdik və həmin vaxt qayınımın mobil telefonunda pornoqrafik videolara baxdıq”.
"Qaynanam ilə cinsi əlaqədə olmaq qərarına gəldim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 24 radələrində qayınının yaşadığı evə gedib: "Biz evə çatdıqda artıq qaynanam Radiqlə mənə digər otaqda yataq açmışdı, özü isə eyvanın girəcəyinə yaxın olan otaqda yatmışdı. Radiq dərhal yuxuya getdi. Mən də bir qədər yatağımda uzandıqdan sonra gecə paltarında həyətə düşərək siqaret çəkdim. Kafedə pornoqafik videolara baxdığım üçün ehtiraslı olduğumdan qaynanam ilə cinsi əlaqədə olmaq qərarına gəldim”.
"Qaynanamı soyundurdum”
Taleh Səfərov bildirib ki, qaynanası yatan otağa girərək paltarlarını çıxarıb: "Qaynanamın yatdığı çarpayıya əyləşdim. Bu zaman qaynanam yuxudan ayıldı və qışqırmaq istədikdə əlim ilə ağzından tutaraq qışqırmasına imkan vermədim. Qaynanam çabalayaraq əlimdən çıxmağa çalışarkən çarpayıdan yerə yıxıldı. Mən də çətinliklə bir əlim ilə qaynanamın ağzından tutdum, digər əlim ilə orada olan şarfla qaynanamın əllərini öndən bağladım. Sonra qaynanamı soyundurdum …”.
"Başımın üzərində polislərin dayandığını gördüm”
Taleh Səfərov ifadəsində daha sonra əlavə edib ki, qayınanası ilə cinsi əlaqədə olandan sonra eyvana çıxaraq paltarlarını geyinib və yatağında uzanıb: "Yatağında uzanandan bir qədər sonra qayınım Radiqin telefonuna zəng gəldi. Radiq yatağından duraraq paltarlarını geyindi və getdi. Bundan sonra yuxuladım. Saat təxminən 04 radələrində yuxudan oyananda başımın üzərində polis əməkdaşlarının dayandığını gördüm. Həmin polis əməkdaşları məni polis şöbəsinə gətirdilər”.
"Kürəkənimi yatığımda görəndə qorxdum”
Zərərçəkmiş şəxs qismində dindirilən Xatun Səlimova bildirib ki, aprelin 11-də Taleh və Radiqin evə gəlmələrini gözləyib: "Həmin axşam yatdıqdan bir neçə saat sonra Talehi çarpayımda oturmuş gördüm. Qışqırmaq istədikdə Taleh ağzımı əli ilə tutdu, mənim qışqırmağıma imkan vermədi. Talehin əlindən çıxmaq istədikdə, çarpayıdan yerə yıxıldım. Taleh yenə də bir əli ilə ağzımdan bərk tutdu. Protez dişlərim dodaqlarımı əzdiyi üçün ağzım qanadı. Həmçinin Taleh ağzımı tutduğu üçün gücəndiyimdən boğazımın damarları şişərək ağrıdı. Həmin ağrını aradan götürmək üçün boğazıma yodla spirt sürtmüşəm. Taleh üzərimə uzanması və sinəmi sıxması nəticəsində döş qəfəsimdə ağrılar yaranıb”.
"Yeznəmin məni döyməsini bildirdim”
Xatun Səlimovanın sözlərinə görə, kürəkəni tərəfindən zorlanandan sonra qorxuya düşüb və əyini geyinərək həyətə düşüb: "Qonşuluqda yaşayan qayınım oğlugilə getdim. Onları səslədim. Qaynım oğlu və həyat yoldaşı çölə çıxdılar. Onlar məndən nə baş verdiyini soruşdular. Hadisəni onlara danışdım. Onlar oğlumun evdə yatdığını, bir bəhanə ilə onu çağırmalarını xahiş etdim. Qaynım oğlu da Radiqə mesaj yazdı və onu evinə çağırdı, bir neçə dəqiqə sonra Radiq ora gəldi. Oğlum məni orada görərkən təəccübləndi və orada olmağımın səbəbini soruşdu. Hadisə barədə oğluma danışdım. Rahib də mobil telefonu ilə 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdi. Başıma gələn hadisədən utandığım üçün və el içində biabır olacağımdan qorxduğum üçün həkimlərə yeznəmin məni döyməsini bildirdim”.
Şahid ifadələrini dinləyən hakimlər sonda hökm elan ediblər. Məhkəmənin hökmü ilə Taleh Səfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Taleh Səfərovun vəkili Emil Əliyev apelyasiya şikayəti verib. Vəkil şikayətində müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Müdafiə tərəfi onu da qeyd edib ki, zərərçəkmiş şəxs ilkin şikayət ərizəsində DİN-nin "102” xidmətinə edilən şikayətdə, xəstəxanadakı həkimlərə verdiyi məlumatda yeznəsinin onu döyməsini qeyd edib, sonradan isə istintaq orqanına zorlandığını bildirib: "Hadisə yerinə təhqiqatçı gedib, dərhal hadisə yerinin şəkillərini çəkmiş və sair istintaq hərəkətləri aparıb. Həmin şəkillərdə isə otaqda hər hansı bir dağınıqlıq, səliqəsizlik, iki şəxsin arasında olan dava-dalaş və müqavimətə xarakterik heç bir görüntü yoxdur. Hesab edirik ki, müstəntiq tərəfindən istintaq eksperimenti keçirilsəydi zərərçəkmiş şəxsin ifadəsinin şər və böhtan olması öz təsdiqini tapacaqdı”.
Vəkilin şikayəti Şəki Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Qərara görə, Taleh Səfərovun apelyasiya şikayəti təmin edilməyib.